KXDR ordusunun Rusiyaya yerləşdirilməsi təhlükəlidir
“Yeddilik” qrupuna (G7) üzv ölkələr, həmçinin onlara qoşulan Yeni Zelandiya, Avstraliya və Cənubi Koreya Şimali Koreya ordusunun birliklərinin Rusiya ərazisində yenidən yerləşdirilməsi xəbərindən ciddi narahat olduqlarını bildiriblər.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.
“Biz KXDR ilə Rusiya arasında artan hərbi əməkdaşlığı, o cümlədən KXDR-in ixracını və Rusiyanın Şimali Koreyadan ballistik raketləri qeyri-qanuni əldə etməsini, qəti şəkildə pisləyirik. Bir neçə min Şimali Koreya əsgəri artıq Rusiyada yerləşdirilib, bu, Ukraynada münaqişənin təhlükəli genişlənməsi deməkdir ”, - deyə bəyanatda qeyd edilir.
Türkan İSGƏNDƏRLİ