ABŞ Ukraynaya hərbi dəstəyini dəyişməyə hazırlaşır

 17:57 05.11.2024     132

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri noyabrın 7-8-də Macarıstanda keçiriləcək Amerika prezident seçkilərindən sonra ABŞ ilə əməkdaşlığı müzakirə edəcəklər.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Avropa liderləri cümə axşamı ABŞ ilə münasibətləri müzakirə edəcəklər. Buradakı gündəliyə Gürcüstandakı vəziyyət də daxildir.

Bildirilib ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gələrsə, ABŞ Ukraynaya hərbi dəstəyini dəyişməyə hazırlaşır.

Türkan İSGƏNDƏRLİ