NATO Belarus sərhədində uçuşlar həyata keçirir

 19:10 05.11.2024     137

NATO-nun kəşfiyyat təyyarələri Rusiya və Belarus İttifaq Dövləti üzərində həftədə təxminən 30-40 dəfə uçuş həyata keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Baş Qərargah rəisinin müavini general-mayor Vladimir Kupriyanyuk bildirib.

"Kollektiv Qərb öz hərbi imkanlarını sürətlə genişləndirdikcə, sərhəd yaxınlığında hərbi mövcudluğunu artırır. Artıq Şərqi Avropada, o cümlədən Polşa və Baltikyanı ölkələrdə müasir silahlarla təchiz edilmiş xeyli sayda effektiv qoşun yerləşdirilib. O, silahlara malikdir və Belarusiya və Rusiyanın qərbindəki hədəflərə dəqiq zərbələr endirməyə qadirdir”, - general-mayor qeyd edib.

Türkan İSGƏNDƏRLİ