Yaponiya dünyada ilk taxta peyki kosmosa GÖNDƏRDİ
Yaponiya dünyada ilk taxta peyki kosmosa göndərib.
Redaktor.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
"Yapon tədqiqatçıları tərəfindən hazırlanan dünyanın ilk taxta peyki Ay və Marsın tədqiqində ağacdan istifadənin ilk sınağı çərçivəsində kosmosa göndərilib", - məlumatda bildirilir.
Qeyd edilir ki, Kioto Universiteti və Sumitomo Forestry şirkəti tərəfindən hazırlanan ovuc boyda "LignoSat" peyki Beynəlxalq Kosmik Stansiyaya çatdırılacaq və daha sonra Yerdən təxminən 400 km hündürlükdə orbitə çıxarılacaq. Sonra isə "LignoSat peyki" altı ay ərzində orbitdə qalacaq.