Dağıstanda PUA vuruldu

 10:08 06.11.2024     154

Rusiya hava hücumundan müdafiə sistemləri Dağıstan Respublikasının Kaspiysk şəhəri üzərində səmada pilotsuz uçan aparatı məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Məlikov özünün "Telegram" kanalında yazıb.

Onun sözlərinə görə, hazırda Rusiya regionunda operativ qərargah fəaliyyət göstərir. Müvafiq xidmətlərin əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirir.

"Mən əmin olmaq istəyirəm ki, respublika sakinlərinin təhlükəsizliyi üçün bütün qərarlar vaxtında qəbul ediləcək", - Dağıstan prezidenti əlavə edib.

Eyni zamanda prezident yerli sakinləri sakit olmağa və yoxlanılmamış mənbələrdən gələn məlumatlara etibar etməməyə çağırıb. Məlikov həmçinin vətəndaşlara xatırladıb ki, sosial şəbəkələrdə hadisə yerindən video və fotolar dərc etməkdən çəkinsinlər.

Sevinc İBRAHİMZADƏ