İsrail Qəzzaya yenidən hücum ETDİ

 14:37 06.11.2024     166

İsrail silahlı qüvvələri Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya kəndinə hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, anklavın digər ərazilərindən döyüşlərdən qaçan məcburi köçkünlərin müvəqqəti yaşayış yeri üçün istifadə edilən binaya hücum edilib. Hücum nəticəsində azı 15 fələstinli ölüb. Yaralıların sayı haqqında məlumat verilməyib.

Xatırladaq ki, İsrail-Fələstin müharibəsi 2023-cü il oktyabrın 7-də başlayıb.

Türkan İSGƏNDƏRLİ