Kremldən Trampın "müharibəni bitirəcəyik" bəyanatına REAKSİYA

 16:27 06.11.2024     105

Kremlin sözçüsü Dmitri Peskov, Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyini elan etdikdən sonra Ukraynadakı müharibəni bitirəcəyi ilə bağlı açıqlamasına reaksiya verib.

Redaktor.az xəbər verir ki, bu barədə Peskov ABŞ-də keçirilən prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Bəzən Oval Ofisə girərkən bəyanatlar fərqli çalar alır. Ona görə də biz deyirik ki, biz hər şeyi diqqətlə təhlil və müşahidə edirik", - o qeyd edib.

Seçkilərin ABŞ-nin daxili işi olduğunu deyən Peskov ABŞ-dakı informasiya axınını diqqətlə izlədiklərini və oradan gələn sözləri təhlil etdiklərini bildirib.

Sözçü Trampın Ukraynadakı müharibəni bitirəcəyi ilə bağlı açıqlamaları ilə bağlı ilk addımlardan nəticə çıxaracaqlarını bildirib.

Türkan İSGƏNDƏRLİ