Rusiya XİN Moldova səfirini  çağırdı

 17:24 06.11.2024     169

Rusiya Xarici İşlər Nazirliyi Moldova səfirini çağırıb.

Redaktor.az  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Rusiya XİN Moldova səfirini Kişinyovun seçkilərdəki hərəkətlərinə görə çağırıb. 

Səfir Moldova hakimiyyətinin düşmənçilik və ayrı-seçkilik hərəkətlərinə görə sərt etirazla qarşılanıb.

"Oktyabrın 20-də Aİ-yə daxil olmaq üzrə səsvermənin birinci turu ərəfəsində Moldova hakimiyyəti Rusiyadan olan müşahidəçilərə akkreditasiya verməkdən heç bir səbəb olmadan imtina edib", - Rusiya XİN bildirib.

Seçkilərin ikinci turu öncəsi daha üç rusiyalı müşahidəçiyə akkreditasiya verilməyib.

Noyabrın 4-də Moldova Mərkəzi Seçki Komissiyası (MSK) səslərin 100%-ni qəbul edərək Maya Sandu prezident seçkilərinin ikinci turunda qalib kimi tanıyıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, 55,33 faiz, müxalif Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.

Moldovada keçirilən prezident seçkilərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Maya Sandu bu ölkənin prezidenti adlandırmaq olmaz, çünki bir çox vətəndaş ona səs vermir.

Sevinc İBRAHİMZADƏ