Fələstin prezidenti Trampla işləməyə hazırdır
Fələstin Prezidenti Mahmud Abbas Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, Fələstin ABŞ-yə məktub göndərib.
Məktubda Yaxın Şərqdə sülh və təhlükəsizlik naminə ABŞ-nin yeni prezidenti ilə işləməyə hazır olduğu bildirilib.
Abbas seçilmiş prezidentə uğurlar arzulayıb və Tramp başda olmaqla ABŞ-nin Fələstin xalqının öz müqəddəratını təyin etmək və öz dövlətini əldə etmək hüququnu dəstəkləyəcəyinə ümid etdiyini qeyd edib.
Türkan İSGƏNDƏRLİ