Astanada fırtınalı külək şəhər infrastrukturuna ziyan VURDU

 19:04 06.11.2024     158

Bu gün Qazaxıstanın paytaxtı Astanada güclü külək infrastruktura ziyan vurub.

Redaktor.az xəbər verir ki, pis hava şəraiti ilə əlaqədar paytaxt məktəblərində dərslərin müddəti azaldılıb, xilasedicilər sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.

Sinoptiklərin məlumatına görə, gücü saniyədə 23-28 metrə çatan cənub-qərb küləyi arabir saniyədə 30 metrə qədər güclənir.

Hadisə şahidlərinin sözlərinə görə, külək kranları və dayanacaqları aşırıb. Küçələrin birində evin fasadının bir hissəsi avtomobilin ön şüşəsinin üzərinə düşüb.