Londonda ABŞ səfirliyinə boya hücumu FOTO

 20:46 06.11.2024     152

2022-ci ilin fevralında yaranmış Britaniyanın “Just Stop Oil” ətraf mühitin mühafizəsi üzrə təşviqat təşkilatının fəalları Donald Trampın seçkilərdəki qələbəsinə etiraz olaraq Londondakı ABŞ səfirliyinin lövhəsinə narıncı sprey boya püskürdüblər.

Redaktor.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli məlumat paylaşıb.

“Qrup Donald Trampın qələbəsinin "adi insanların həyatını hər yerdə riskə atdığını" və bu seçkidə yeganə və "əsl qalibin" "həm ABŞ, həm də Böyük Britaniyada əsas partiyalara nəzarət edən korporativ güc" mərkəzi olduğunu bildirib.

"Demokratiya korporativ maraqlar və milyarderlər tərəfindən ələ keçirildiyinə görə insanların can atdığı dəyişikliyi təmin edə bilməyəcək" deyə qrup sosial şəbəkədə bildirib”, - o qeyd edib.

2