Dünyanın dörd bir yanından Trampa təbrik mesajları GƏLİR
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Tramp alyans üçün əsas rol oynayacaq.
Redaktor.az xəbər verir ki, Trampı ilk təbrik edən liderlərdən biri də Macarıstan prezidenti Viktor Orban olub.
Orban bunun dünya üçün çox lazımlı olan bir qələbə olduğunu, ABŞ siyasi tarixində ən böyük geri dönüş nöqtəsi olduğunu deyib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də Donald Trampı təbrik edib.
"Birləşmiş Millətlər Təşkilatı dünyamızın üzləşdiyi dramatik problemləri həll etmək üçün yeni administrasiya ilə konstruktiv işləməyə hazırdır", - Quterreş deyib.
Avropa İttifaqı Komissiyasının sədri Ursula Von Der Leyen güclü transatlantik gündəm üçün Trampla birlikdə çalışacaqlarını bildirib.
Seymur BƏNNAYEV