Gürcüstan və ABŞ xalqları arasındakı münasibətlər seçkilərdən asılı deyil - Səfir

 22:15 06.11.2024     153

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan iki ölkənin xalqları arasındakı əlaqələrin bu və ya digər ölkədə hansısa seçkilərin keçirilməsindən asılı olmayaraq istənilən siyasi dəyişikliyə tab gətirəcəyinə əmin olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Amerika Ticarət Palatasının təşkil etdiyi “election breakfast”də söyləyib.

“ABŞ ilə Gürcüstan arasındakı münasibətlər istənilən siyasi dəyişikliyə tab gətirəcək... Mən həqiqətən inanıram ki, Gürcüstanda və ya ABŞ-də keçirilən istənilən seçkidə nə baş verməsindən asılı olmayaraq, xalqlar arasındakı münasibət dəyişməyəcək... İnsanlar, şirkətlər, universitetlər, müəssisələr, analitik mərkəzlər, institutlar, hərbçilər, hüquq-mühafizə orqanları arasında münasibətlər istənilən dəyişikliyə tab gətirəcək”, - səfir deyib.

Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi.