Harris Trampı təbrik ETDİ
ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris rəqibi respublikaçı Donald Trampa zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Məlumata görə, Harris Trampla hakimiyyətin dinc yolla ötürülməsinin vacibliyini müzakirə edib.
Qeyd edək ki, Harris demokrat prezidentlik yarışında məğlubiyyətini etiraf edən çıxış etməyi planlaşdırır.
Seymur BƏNNAYEV