Ermənistandakı Aİ müşahidəçilərindən Azərbaycana qarşı TƏXRİBAT

 15:18 07.11.2024     138

Ermənistandakı Avropa İttifaqı (Aİ) missiyasının əməkdaşları Azərbaycana qarşı növbəti təxribata əl atıblar.

Redaktor.az xəbər verir ki, bu gün saat 09:26-da Avropa İttifaqının üç "müşahidəçisi" Aİ-yə məxsus "Toyota" markalı avtomobillə Gorus rayonunun Kornidzor kəndinin yaxınlığına gəliblər.

Avropa İttifaqının əməkdaşları Azərbaycan ərazilərini müşahidə edib, saat 09:52-də geriyə qayıdıblar.

Onlar Laçın rayonunun Fətəlipəyə kəndini müşahidə ediblər.