Trampın maaşı nə qədər olacaq?
ABŞ-ın 47-ci prezidenti Donald Trampın alacağı maaş bəlli olub.
Redaktor.az qaynarinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı kimi o, illik 400 min dollar maaş alacaq. Belə ki, Trampın Ağ Evdə aylıq maaşı 33 min 333 dollar olacaq.
Onun biznes imperiyasının dəyəri isə milyardlarla dollardır. O, sosial media şirkəti olan "Trump Media & Technology Group"un səhmlərindən milyonlarla dollar qazanır. Trampa məxsus "Truth Social" platforması xüsusilə son aylarda sürətlə dəyər qazanıb. Şirkətin səhmlərinin qiyməti ilin əvvəlindən 100 faizdən çox artıb və təkcə son bir ayda 85 faiz dəyər qazanıb. Bu artımlar Trampın media şirkəti vasitəsilə ciddi sərvət qazana biləcəyini göstərir.
"Blumberq"in məlumatına görə, Trampın sərvəti ilə bağlı müxtəlif fikirlər olsa da, onun var-dövləti hazırda 6,49 milyard dollar dəyərində qiymətləndirilir. "Forbes" bunun 8 milyard dollar, "Vol Strit Jurnal" isə daha çox - 10 milyard dollar olduğunu yazır.
Trampın əsas gəlir mənbəyi olan daşınmaz əmlak investisiyaları onun sərvətinin əsasını təşkil etməkdə davam edir. Yeni ABŞ liderinin dünyanın bir çox yerlərində göydələnləri və ABŞ-da bir çox daşınmaz əmlak müəssisələri və investisiyaları var.