BMT İsrailin Qəzzada törətdiyi cinayətləri dayandırmaq üçün daha fəal rol oynamalıdır - Fələstin
Fələstinin baş naziri Məhəmməd Mustafa Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailin Qəzza zolağındakı cinayətlərinin dayandırılmasında daha fəal rol oynamağa çağırıb.
Redaktor.az xəbər verir ki, Fələstin Baş nazirliyindən verilən məlumata görə, baş nazir Mustafa Ramallahda BMT-nin Qəzzaya Humanitar Yardım və Yenidənqurma üzrə Yüksək Koordinatoru Siqrid Kaaq ilə görüşüb.
Məhəmməd Mustafa Qəzzada aclıq dalğasının getdikcə genişləndiyinə, 2 milyon fələstinlinin yardım və dərman karvanlarının ölkəyə girişinin qarşısının alınaraq kollektiv şəkildə cəzalandırıldığına, bölgə xalqının əsas yaşayış ehtiyaclarını qarşılamaq imkanlarının çox məhdud olduğuna diqqət çəkib.
Seymur BƏNNAYEV