Valensiyada 39 km uzunluğunda tıxac YARANDI
Baş verən daşqın fəlakətindən dolayı İspaniyanın Valensiyaya girişdə və şəhərdən çıxışda 39 kilometr uzunluğunda tıxac yaranıb.
Redaktor.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
“Valensiya yollarında cümə axşamı günü 39 km-ya qədər tıxac qeydə alınıb”, - deyə bildirilib.
Qeyd edək ki, 29 oktyabrda baş verən təbii fəlakətdə 200-dən çox insan həlak olub, infrastruktura xeyli ziyan dəyib.