Yanvarın 20-də vəzifəmi sülh yolu ilə təhvil edəcəyəm - Bayden

 23:12 07.11.2024     168

ABŞ prezidenti Co Bayden Donald Trampa zəng edərək prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etdiyini bildirib və deyib:  "Mən prezident kimi vəzifəmi yerinə yetirəcəyəm, andıma sadiq qalacağam və konstitusiyaya uyğun hərəkət edəcəyəm. Yanvarın 20-də sülh yolu ilə vəzifəmi təhvil verəcəyəm”.

Redaktor.az xəbər verir ki, noyabrın 5-də keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı ilk qiymətləndirməsində Bayden Ağ Evdə keçirilən mətbuat konfransında ölkədə seçkilərin dinc və sakit keçdiyini, seçki sisteminin düzgün işlədiyini vurğulayıb.

Dünən Trampa zəng edərək seçkilərdə qalib gəlməsi münasibətilə təbrik etdiyini qeyd edən Bayden deyib; "Mən seçilmiş prezident Trampla danışdım və onu qələbəsi münasibətilə təbrik etdim. Onu əmin etdim ki, bütün administrasiyam dinc və nizamlı bir keçid üçün komandası ilə çalışacaq. Bu, Amerika xalqının layiq olduğu şeydir”. 

Seymur BƏNNAYEV