Dünya Bankı Ukraynaya yardım AYIRDI

 14:37 08.11.2024     156

Dünya Bankı (DB) Ukraynaya 750 milyon dollar məbləğində yeni yardım paketinin ayrıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Deniz Şmıqal bildirib.

“Vəsait Avropa İttifaqına daxil olmaq üçün tələb olunan institusional islahatları dəstəkləmək məqsədi daşıyan Sağlam Fiskal İdarəetmə (SURGE) vasitəsilə bərpanın dəstəklənməsi layihəsi vasitəsilə təmin ediləcək. Bu məbləğin bir hissəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən ADVANCE Ukraine fondundan ayrılacaq”, - deyə o, banka köməyə görə təşəkkürünü bildirib.

Şmıqal aydınlaşdırıb ki, lazım gələrsə, maliyyə vəsaiti artırıla bilər.