İsrailin müdafiə naziri Ostinlə DANIŞDI
İsrailin yeni müdafiə naziri İsrail Katz amerikalı həmkarı Lloyd Ostin ilə danışıb.
Redaktor.az xəbər verir ki, bu barədə Katz X hesabında paylaşım edib.
"Bu gün mən ABŞ-ın müdafiə naziri ilə ilk söhbətimi keçirdim. Ona müharibənin başlanğıcından (7 oktyabr 2023-cü il – Red) ABŞ-ın İsrailə davamlı dəstəyinə və bütün girovların qaytarılması üçün birgə səylərə sadiqliyinə və İrandan gələn təhdidlərə qarşı mübarizədə strateji əlaqələrimizi qoruduğumuz üçün təşəkkür etdim”, - Katz bildirib.
Katz bildirib ki, tezliklə İsraildə Ostin ilə görüşəcəyinə əmindir.