İsrail Livanda bir avtomobili hədəfə aldı: 2 ölü

İsrail ordusunun Livanın cənubundakı Nəbatiyə şəhərində bir avtomobilə təşkil etdiyi hava hücumunda 2 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Nəbatiyyə şəhərinin Ənsar və Duveyr qəsəbələri arasında bir avtomobili hədəfə alıb.
Hücum nəticəsində 2 nəfər ölüb.
Seymur BƏNNAYEV