Dənizdə itən fotoqraf başqa ölkədə tapıldı: 60 mil məsafəni necə gedib?

 15:20 10.11.2024     226

Dənizdə mühərrik nasazlığı yaşayan vəhşi təbiət fotoqrafı 60 mil uzağa sürüklənib.

Bir vəhşi təbiət fotoqrafı dənizdə qayığın motor nazasızlığı yaşamasından sonra 60 mil uzaqlıqdalı başqa bir ölkəyə sürüklənib.

Redaktor.az xəbər verir ki, oktyabrın 30-da Qərbi Uelsin Pembrokeşire sahilindən vəhşi təbiət və gün batımı fotoşəkilləri çəkmək üçün yola çıxan 54 yaşlı Kris Elleri qayığının mühərriki xarab olduqdan sonra dənizin o tayına sürüklənərək, İrlandiyaya gedib çıxıb.

O, Fişqvard limanına (Uelsdəki kiçik bir sahil şəhəri) qayıda bilməyəndən sonra xilasetmə qrupları, o cümlədən sahil mühafizəsi, üç təyyarə və beş qayıq onu xilas etmək üçün yola düşüb. "The Times of London" qəzeti fotoqrafın bəzi əşyalarının yalnız qayıqla gedilə biləcək körfəzdə tapıldığını yazıb.

Ellerinin üzərində "AirTag" izləmə cihazı olsa da, axtarış-xilasetmə qrupu fotoqrafı İrlandiya dənizi üzərində tapa bilməyib. İrlandiyanın boş bir hissəsinə enən Elleri daha sonra ərazidəki polis bölməsinə yollanıb.

Elleri vəziyyəti ilə bağlı bunları deyib: "Mən yerli polis bölməsinə doğru gedərkən Şay adlı gözəl bir adam öz avtomobili ilə dayandı və ən yaxın polis bölməsinin 26 kilometr aralıda olduğunu deyərək məni Baltinglassdakı polis bölməsinə aparmaq istədiyini söylədi. O, hazırda işləmədiyini bildirərək bu jest etdi. Bu, çox mənalı idi, çünki pulu çox az olan biri yalnız bir adama kömək etmək üçün son sentini vermişdi".

Viklovdakı Baltinglass polis bölməsinə gəldikdən sonra məmurlar Elleriyə kömək etmək istədiklərini bildirib və ailəsini xəbərdar ediblər. Elleri həmin an həyat yoldaşı və qızının səsini eşitməyi "çox emosional" an kimi təsvir edir.

Daha sonra Elleri yerli əhali ilə tanış olduğu ərazidəki bara aparılıb. İnsanlar fotoqrafın sağ qalma hekayəsini danışmasına heyranlıqla qulaq asıblar.

İrlandiyanın baş naziri Simon Harris də Elleri üçün "Viklova xoş gəlmisiniz" mesajını paylaşıb. X-də paylaşım edən Harris yazıb: "Əminəm ki, ailəniz və Uels təcili yardım xidməti çox rahatdır".

Ellerin ailəsi fotoqrafın pasportu ilə İrlandiyaya uçub ki, o, evə qayıda bilsin. "Facebook"da paylaşım edən Elleri yazıb: "Hər kəsə təhlükəsiz olduğumu və Uelsə qayıtdığımı bildirmək istəyirəm. Çətin bir neçə gündə ailəmi və dostlarımı həyatda saxlayan xoş mesajlarınıza və dəstəyinizə görə hər kəsə təşəkkür edirəm".