Putin hərəkətə keçdi - Tramp and içənə qədər...

 17:56 12.11.2024     159

Rusiya prezidenti Vladimir Putin yanvarın 20-də Donald Trampın andiçmə mərasiminə qədər Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən Kursk vilayətindəki əraziləri geri qaytarmaq istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti Britaniya hərbi kəşfiyyatına istinadən yazıb.

Bildirilir ki, Rusiyanın yaxın günlərdə Ukrayna mövqelərinə pilotsuz uçuş aparatları (PUA) ilə kamikadze hücumlarının sayını artıracağı ehtimal edilir.

Qəzetin məlumatına görə, Putin bu məqsədlər üçün 50 min nəfərə qədər hərbçi yerləşdirməyi tapşırıb.