Almaniyada bu tarixdə seçkilər KEÇİRİLƏCƏK

 20:05 12.11.2024     206

Almaniya kansleri Olaf Şoltsun sol mərkəz koalisiyasının dağılmasından sonra fevralın 23-də ölkədə növbədənkənar ümumi seçkilər keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə DPA və AFP parlamentdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Sosial Demokratlar Partiyası və mühafizəkar Xristian Demokrat İttifaqının parlament liderləri çərşənbə axşamı tarixlə bağlı razılığa gəlib. Şoltsun seçkilərin baş tutması üçün dekabrın 16-da parlamentin aşağı palatası Bundestaqda etimad səsverməsi təyin edəcəyi gözlənilir.