Dünyada ən çirkli havası olan şəhərlər - SİYAHI

 17:45 13.11.2024     204

Dünyada ən çirkli hava Hindistanın paytaxtı Yeni Dehlidə müşhidə edilir.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçrənin "IQAir" tədqiqat şirkəti məlumat yayıb.

Hava çirklənməsinin ən çox olduğu digər şəhərlər Kəlkətə və Mumbaydır. Dehlinin çirklənmə indeksi müvafiq olaraq 300-dən çoxdur ki, bu da oradakı havanın sağlamlıq üçün təhlükəli olduğunu göstərir.

Son günlər duman səviyyəsi o qədər güclüdür ki, Hindistanın bəzi bölgələrində hakimiyyət məktəbləri və ictimai yerləri, o cümlədən parkları, muzeyləri bağlayır, küçədə keçirilən kütləvi tədbirləri ləğv edir və iri ticarət mərkəzlərinin iş saatlarını məhdudlaşdırır.

Allergiya, tənəffüs xəstəlikləri, gözlərin, boğazın iltihabı kimi problemlərdən əziyyət çəkən çox sayda insan xəsətəxanalara müraciət ediblər (modern.az).