NASA işçilərini ixtisar edəcək
NASA-nın işçi qüvvəsinin 5%-i ixtisar ediləcək.
Redaktor.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə NASA-nın "Jet Propulsion Laboratory" (JPL) direktoru Laurie Leşin JPL işçilərə məktub yollayıb.
Bildirilib ki, rəqəmsal olaraq 325 nəfər işdən çıxarılacaq. Leşin etiraf edib ki, gələn il üçün maliyyə əhəmiyyətli dərəcədə azaldığı üçün JPL "kəmərlərini sıxmalıdır". Məlumata görə, ixtisarlar texniki, dizayn, kommersiya və dəstək departamentlərinə təsir edəcək.
Bu, ixtisarların ikinci mərhələsidir: Fevral ayında laboratoriya NASA-nın 2024-cü il büdcəsinə uyğunlaşmaq üçün işçilərinin 8%-ni də ixtisar edib.
Sevinc İBRAHİMZADƏ