Tramp Ukraynadakı münaqişəyə son qoymaq istəyir

 17:49 14.11.2024     134

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək və Moskva ilə Kiyev arasında danışıqlara başlamaq istəyir.

Redaktor.az xəbər verir ki, bunu milli təhlükəsizlik üzrə müşavir Mayk Vals deyib.

“Prezident hər iki tərəfi danışıqlar masası arxasına çəkmək istəyir. O, diqqətini müharibəni davam etdirməyə yox, bitirməyə cəmləyib. Amerikanın xarici siyasətinin əsaslarını məhz ABŞ prezidenti müəyyən edir.”, - deyə o bildirib.

Xatırladaq ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə müharibələrə son qoyacağını vəd etmişdi.

Türkan İSGƏNDƏRLİ