Özünü populyar və varlı kimi təqdim edən gənc həbs edildi

 17:59 14.11.2024     156

Çində bir gənc nənəsindən külli miqdarda pul hədiyyə aldığı barədə yalan danışdığı üçün həbs edilib.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, gənc çinli "TikTok"un Çin ekvivalenti olan "Douyin" hesabında lüks avtomobillər, zinət əşyaları və əntiq əşyalar nümayiş etdirərək diqqət çəkib. O, şərhində həmçinin bildirib ki, 20 illik yubileyi üçün nənəsi ona 180 milyon yuan hədiyyə edib.

İzləyicilərinin inamsızlığı ilə üzləşən gənc bank hesabının skrinşotunu yayımlayıb. O, sosial şəbəkələrdə öz qohumunun Çin Dövlət Şurasında yüksək vəzifəyə təyin olunması ilə bağlı məktub da paylaşıb.

Bir müddət sonra internet polisi "Tian" adlı bir adamın izləyici toplamaq və onlayn qumardan pul qazanmaq üçün bu hekayəni uydurduğunu, eyni zamanda bunu sübut etmək üçün şəkilləri dəyişdirdiyini bildirib. Çinli gənc ictimai asayişi və kiberməkan qaydalarını pozduğuna görə həbs edilib.

Sevinc İBRAHİMZADƏ