Almaniya İsraillə danışıqları dayandırmayacaq - Borrell

 21:10 14.11.2024     144

Almaniya Xarici İşlər Nazirliyi Aİ diplomatik xidmətinin rəhbəri Cozef Borrellin Qəzza zolağında və Livanda insan haqlarının pozulması ehtimalı səbəbindən İsraillə siyasi dialoqu dayandırmaq təklifini rədd edib.

Redaktor.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

“Biz dialoq kanallarını açıq saxlamağa davam edirik. Dialoqun dayandırılması, nə çətin vəziyyətdə olan Qəzza sakinlərinə, nə HƏMAS-ın hələ də saxladığı girovlara, nə də İsraildə dialoqa hazır olduqlarına arxalananlara kömək edəcək", - Almaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Türkan İSGƏNDƏRLİ