İsrailin Livana hücumlarında ölənlərin sayı 3 min 386-ya YÜKSƏLDİ
İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən etibarən Livana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 21 nəfər artaraq 3386 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölənlərlə bağlı məlumat verilib.
İsrail ordusunun dünən Livanın bir çox bölgəsində həyata keçirdiyi hücumlarda 21 nəfərin öldüyü, 73 nəfərin yaralandığı qeyd edilib.
Açıqlamada, İsrailin 8 oktyabr 2023-cü ildən bəri Livana təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 878-i qadın və uşaq, 192-si səhiyyə işçisi olmaqla 3 min 386 nəfərə, yaralı sayının isə 14 417-yə yüksəldiyi ifadə edilib.
Seymur BƏNNAYEV