ABŞ İsrailə xəbərdarlıq etdi
ABŞ administrasiyası İsrailin Beyruta hava zərbələri endirməsinə qarşıdır.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.
"Biz narahatıq. Beyrutda, xüsusən də əhalinin sıx məskunlaşdığı ərazilərdə belə müntəzəm əməliyyatlar görmək istəmirik. Biz tərəfləri diplomatik sülhə çağırırıq", - o qeyd edib.
Türkan İSGƏNDƏRLİ