İsrail qurbanları üçün mübarizəmizi davam etdirəcəyik - Əminə Ərdoğan

 14:06 15.11.2024     133

"Başda Fələstin xalqı olmaqla İsrail atəşi ilə sınağa çəkilən bütün xalqları güvənə və layiq olduqları sülhün təmin olunması üçün qətiyyətlə mübarizəmizi davam etdirəcəyik". 

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyənin Birinci xanımı Əminə Ərdoğan 15 noyabr Fələstin Müstəqillik Günü Münasibətilə sosial media hesabında paylaşımında bildirib.

“15 noyabr ədalət axtarışına əsaslanan və vicdanımızda əks-səda doğuran həmrəylik günüdür. Keçən il Fələstin üçün tək ürək lider Xanımlar Zirvəsində Qəzza üçün atəşkəs çağırışı etdiyimiz zaman biz təkcə sülh tələbi ilə kifayətlənməmiş, işğala və insan ləyaqətinə zidd olan bütün hərəkətlərə qarşı səsimizi birləşdirmişik", -o qeyd edib.

Türkan İSGƏNDƏRLİ