İsrail 7 min ultra-pravoslav yəhudini hərbi xidmətə ÇAĞIRIR

 14:09 15.11.2024     137

İsrailin müdafiə naziri İsrael Katz 7 min ultra-pravoslav yəhudinin (Haredi) orduya çağırılması qərarının təsdiqləndiyini bildirib. 

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onların hərbi xidmətə çağırılması ilə bağlı əmrlər 17 noyabr bazar günündən etibarən İsrail ordusu tərəfindən mərhələli şəkildə göndəriləcək.

Bəyanatda o da bildirilib ki, nazir Katz fəal, daimi və ehtiyatda olan hərbçilərin yükünü yüngülləşdirmək üçün ultra-pravoslavların İsrail ordusuna həqiqi inteqrasiyasını təmin edəcək həll yolunu təşviq etmək üçün bütün tərəflərlə dialoq aparmaq niyyətindədir.

Türkan İSGƏNDƏRLİ