Rusiya-Ukrayna müharibəsinə son qoyulmalıdır - Tramp

 14:42 15.11.2024     60

ABŞ Prezidenti Donald Tramp səlahiyyət müddəti ərzində dünyada davam edən münaqişələrə diqqət yetirəcəyini bildirərək Rusiya və Ukrayna üzərində daha çox işləyəcəklərini deyib.

Redaktor.az xəbər verir ki, bu barədə Tramp Florida ştatındakı Mar-a-Laqo malikanəsində “Amerika Birinci Siyasəti” İnstitutu üçün keçirilən qalada çıxış edərkən deyib. 

Tramp bildirib ki, son günlərdə Rusiya-Ukrayna müharibəsində aralarında əsgər və mülki vətəndaş da daxil olmaqla minlərlə insanın öldüyü ilə bağlı xəbərlə rastlaşır.

O, həmçinin vurğulayıb ki, onun administrasiyası Yaxın Şərqdə baş verənlərə də diqqət yetirəcək.

Çıxışında noyabrın 5-də keçirilən prezident seçkilərinin nəticələrinə toxunan Tramp bunun 129 ilin ən böyük siyasi qələbəsi olduğunu deyib. 

Türkan İSGƏNDƏRLİ