Məşhur şirkət 3D printerlə ayaqqabı istehsal etdi

 16:05 15.11.2024     166

Amerika idman geyimi və ayaqqabı markası "Nike" idman ayaqqabılarını 3D printerlə çap edən ilk şirkət olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Highsnobiety" məlumat yayıb.

Söhbət "Nike Air Max 1000"dən gedir. Bu stil "Kidsuper" və "Louis Vuitton" kimi brendlər üçün futuristik tərzdə idman ayaqqabıları yaratmaqla tanınan 3D çap şirkəti "Zellerfeld" ilə əməkdaşlıqda istehsal edilib.

Ancaq hələlik "Nike" sözügedən ayaqqabıların nə vaxt və ya satışa çıxarılacağı ilə bağlı heç bir açıqlama verməyib.

“Mənim üçün bir novator olaraq "Air Max 1000"in ən maraqlı hissəsi qabaqcıl istehsal vasitəsilə əldə edə biləcəyimiz yeni həllərdir”, - deyə brendin innovasiyalar üzrə baş direktoru Con Hook bildirib.

Sevinc İBRAHİMZADƏ