Hizbullahdan diqqət çəkən PAYLAŞIM

 20:21 15.11.2024     261

Hizbullah Təl-Əvivdə İsrail Müharibə Nazirliyinin təfərrüatlı görüntüsünü yayımlayıb. Müharibə Nazirinin 14-cü mərtəbədəki ofisi xüsusi olaraq qeyd olunub.

Redaktor.az xəbər verir ki, Hizbullah Təl-Əvivdəki Kirya hərbi bazasını pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

Açıqlamada bu hücumun dalğıc-bombardmançı PUA donanması ilə həyata keçirildiyi və təyin olunan hədəflərin tam dəqiqliklə vurulduğu bildirilib.

Hücumun İsrail Müdafiə Nazirliyinin qərargahının yerləşdiyi strateji nöqtəni hədəf alması diqqət çəkib.

Seymur BƏNNAYEV 

Vumart və Güvən reklamı Vumart Güvən