İsrail Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verdi - BMT

 22:47 15.11.2024     149

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 2023-cü ilin oktyabrından bu yana Qəzzadan 21 min xəstənin yalnız dörddə birinin təxliyəsinə icazə verdiyini bildirdi.

Redaktor.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlama verib.

Ümumdünya Səhiyyə Təşkilatı və tərəfdaşlarının noyabrın 13-də 8 uşaq və yoldaşlarının tibbi təxliyəsini həyata keçirdiklərini bildirən Düjarrik uşaqların İordaniyaya getdiyini bildirib.

Düjarrik bildirib ki, bu uşaqlar burada xüsusi müalicə aldıqdan sonra ABŞ-yə göndəriləcək.

Seymur BƏNNAYEV