ABŞ-nin TSMC-yə 6,6 milyard dollarlıq dəstəyi YEKUNLAŞDI

 23:07 15.11.2024     61

Aprel ayında Tayvanda yerləşən yarımkeçirici TSMC şirkəti ilə ölkədə çip istehsalına sərmayə qoyuluşu üçün ilkin razılaşmadan sonra ABŞ administrasiyası şirkətə 6,6 milyard dollar birbaşa maliyyə ayırmağı yekunlaşdırıb.

Redaktor.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi tərəfindən edilən şərhdə, TSMC-nin törəmə şirkəti olan "TSMC Arizona Corporation" üçün CHIPS Təşviq Proqramı çərçivəsində 6,6 milyard dollara qədər birbaşa dəstəyin təsdiqləndiyi açıqlanıb. 

Açıqlamada, maliyyələşdirmənin şirkətin Arizona ştatının Phoenix şəhərindəki 3 fabrikdə 65 milyard dollardan çox sərmayə qoymasına dəstək verəcəyi və TSMC Arizona layihənin mərhələlərini tamamladığı üçün Nazirliyin bu miqyasda vəsaiti ödəyəcəyi ifadə edildi.

Qeyd edək ki, ABŞ administrasiyası 2030-cu ilə qədər dünyanın ən qabaqcıl yarımkeçiricilərinin 20 faizini istehsal etmək məqsədi ilə müxtəlif şirkətlərə, o cümlədən Samsung, TSMC və Intel kimi nəhəng texnologiya şirkətlərinə maliyyə yardımı edəcəyini açıqlayıb. 

Seymur BƏNNAYEV