Rusiya sabahdan etibarən Avstriyaya təbii qaz nəqlini DAYANDIRIR
Avstriyanın baş naziri Nehammer Rusiyanın enerji şirkəti “Qazprom”un sabahdan etibarən ölkəsinə təbii qaz nəqlini dayandıracağını bəyan edib.
Redaktor.az xəbər verir ki, Avstriyanın baş naziri Karl Nehammer, Rusiyanın enerji şirkəti Qazprom-un sabahdan etibarən ölkəsinə təbii qaz tədarükünü kəsəcəyini bildirərək, ölkənin bir il ərzində kifayət qədər təbii qaz ehtiyatına sahib olduğunu və Rusiya prezidenti Vladimir Putinin onlara şantaj etməsinə icazə verməyəcəklərini bildirib.
Ölkə mətbuatında Gazpromun sabahdan etibarən Avstriyaya təbii qaz tədarükünü dayandıracağı xəbərinin ardından baş nazir Nehammer sosial media hesabından X-dən açıqlama verib.
Nehammer qeyd edib ki, Vyanada yerləşən neft-qaz şirkəti ÖMV tərəfindən Qazprom-un tədarükün dayandırılması qərarı barədə məlumatlandırılıb və bu, Ukraynada müharibə başlayandan bəri gözlənilən vəziyyətdir.
Seymur BƏNNAYEV