Gürcüstanda hakim partiyanın qələbəsi TƏSDİQLƏNDİ

 12:34 16.11.2024     140

Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü arzusu” partiyası 53,93% səslə qalib gəldiyi təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının yekun protokolunda bildirilib.

Məlumata görə, “Gürcü arzusu” ölkənin qanunverici orqanında 150 mandatdan 89-nu alıb.

“Gürcü Arzusu” ilə yanaşı, dörd müxalifət partiyası 5%-lik baryeri keçib. “Dəyişiklik Koalisiyası” 11,03% və 19 mandat, “Birlik - Milli Hərəkat” 10,17% və 16 mandat, “Güclü Gürcüstan” 8,81% və 14 mandat, “Gürcüstan üçün Qaxariya” 7,78% və 12 mandat əldə edib. 

Seçkilərin nəticələri elan edildikdən sonra Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında etiraz aksiyası başlayıb.

Türkan İSGƏNDƏRLİ