İsrail ordusu 12 fələstinlini həbs ETDİ
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı azad edilənlər də daxil olmaqla azı 12 fələstinlini saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyi məlumat yayıb.
Məlumata görə, İsrail ordusu dünən və bu gün İordan çayının qərb sahilində Hebron, Nablus, Selfit, Qalqilya və Cənin bölgələrinə basqınlar təşkil edib.
İsrail əsgərlərinin bu basqınlar zamanı aralarında keçmiş məhbus qardaşların da olduğu 12 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Türkan İSGƏNDƏRLİ