"Sarı jiletlilər" yenidən aksiya keçirdi

 21:57 16.11.2024     62

Fransa hökumətinin iqtisadi siyasətlərinə reaksiya verən "sarı jiletlilər" vətəndaşların təşəbbüsü ilə referendumun keçirilməsi tələbini dilə gətirib.

Redaktor.az xəbər verir ki, ​​​​​​​​onların nümayişi Kral Sarayının (Palais Royal) yaxınlığında başlayıb.

Fransa və Fələstin bayraqları, "Fransa Prezidenti Emmanuel Makron çıxsın" və "6-cı il, biz yorulmuruq" yazılı plakatlar daşıyan nümayişçilər "İşçilərin ləyaqəti və daha yaxşı bir dünya üçün buradayıq" şüarını səsləndiriblər.

Nümayiş zamanı bu yaxınlarda həyatını itirən "sarı jiletlilər"in xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkan İSGƏNDƏRLİ