Filippində Super Tayfun xəbərdarlığı: 650 min insan təxliyə edildi
Filippində dağıdıcı təsir göstərdiyi ifadə edilən Man-Yi Super Tayfunu səbəbiylə təxminən 650 min insan təxliyə edilib.
Redaktor.az xəbər verir ki, BBC-nin məlumatına görə, Filippin Meteorologiya Bürosu (PAGASA) Man-Yinin yerli vaxtla saat 21:40-da Katanduanes adasının şərqində quruya çıxdığını bildirib.
PAGASA, Man-Yi Super Tayfunun ölkənin şimalına həddindən artıq yağış gətirəcəyinə işarə edərək, daşqın və torpaq sürüşmələri barədə xəbərdarlıq dib.
Sürətinin saatda 270 kilometrə çatacağı gözlənilən qasırğa səbəbindən bölgədə 650 min insan müvəqqəti sığınacaqlara yerləşdirilib.
Bununla əlaqədar olaraq hava limanlarında uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Seymur BƏNNAYEV