Netanyahunun iqamətgahına növbəti hücum - VİDEO

 09:00 17.11.2024     82

İsrailin Baş naziri Benyamin Netanyahunun Qeysəriyyə şəhərindəki iqamətgahının həyətinə iki səs bombası atılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hadisə zamanı baş nazir və ailə üzvləri iqamətgahda olmayıblar.

Qeyd olunub ki, ölən və ya xəsarət alan olmayıb:

“Baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahına atılan bombalar evin həyətinə düşüb. Heç bir ziyan dəyməyib. Netanyahu və ailəsi həmin vaxt evdə olmayıblar”, - deyə məlumatda bildirilir.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

İsrail prezidenti İsaak Hersoq “X” hesabında paylaşım edərək hadisəni pisləyib və araşdırmanın aparıldığını bildirib.

Görüntüləri təqdim edirik:

Xatırladaq ki, oktyabrın 19-u səhər saatlarında da Baş nazirin iqamətgahına hücum baş verib. Livandan buraxılan pilotsuz təyyarə binaya düşüb. Netanyahu və həyat yoldaşı partlayış zamanı orada olmayıblar.