Ukrayna müharibəsi bu şəkildə bitəcək: Pentaqon rəhbəri AÇIQLADI

 10:10 17.11.2024     53

"Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq".

Redaktor.az xəbər verir ki, bu fikri ABŞ-ın müdafiə naziri Lloyd Ostin Avstraliyanın Darvin şəhərində keçirdiyi mətbuat konfransında bildirib.

Pentaqon rəhbəri avstraliyalı və yaponiyalı həmkarları ilə görüşündən sonra deyib: "Mən inanıram və bunu əvvəllər də demişəm ki, son nəticədə danışıqlar yolu ilə həll olunacaq".

Ostin əlavə edib ki, Kiyevi dəstəkləyən tərəfdaşlar indi əmin olmaq istəyirlər ki, gələcəkdə münaqişənin nəticəsi nə olursa olsun, Ukrayna öz maraqlarını qorumaq üçün ən yaxşı vəziyyətdədir.