Rusiya Ukraynaya raket hücumu etdi: Elektrik enerjisi KƏSİLDİ
Noyabrın 17-də səhər saatlarında Rusiya Ukraynaya iri raket hücumu həyata keçirib. Enerji infrastrukturu obyektləri hücuma məruz qalıb.
Redaktor.az xəbər verir ki, DTEK - Ukraynanın ən böyük özəl enerji şirkətinin məlumatına görə, Rusiyanın zərbələri ilə əlaqədar bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq olunacaq.
"Kiyev, Kiyev vilayəti, Donetsk vilayəti, Dnepropetrovsk vilayəti, Ukrenerqo istiqamətində elektrik enerjisi kəsilib" – məlumatda bildirilir.