Paris və London da Kiyevə zərbə üçün icazə VERDİ

 23:50 17.11.2024     81

Fransa və Böyük Britaniya uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Bildirilib ki, Kiyev bunun üçün SCALP/Storm Shadow raketlərindən istifadə edə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də analoji qərar verib.