25 yaşlı qadın 9 uşağa hamilədir

 17:52 18.11.2024     163

Çinli hamilə qadın eyni anda doqquz uşaq gözlədiyini öyrənib.

Redaktor.az xəbər verir ki, bu barədə "World of Buzz" məlumat yayıb.

Belə ki, Hou adlı 25 yaşlı qadın uzun müddət hamilə qala bilmədiyini deyərək kömək üçün həkimə müraciət edib. Xəstəxanada müayinə olunan qadında sonsuzluğa səbəb olan çoxsaylı xəstəliklər aşkarlanıb.

Həkimlər ona müalicə almağı tövsiyə ediblər və oktyabrın sonunda Hou hamilə olduğunu öyrənib. Üstəlik, ilk müayinədə onun üçəm gözlədiyi məlum olub.

"Hamilə olduğumu biləndə çox sevindim. Arzum gerçəkləşdi", - deyən qadın noyabrın ortalarında ikinci ultrasəs müayinəsi zamanı doqquz uşağı olacağını öyrənib.

Hounun əri həyat yoldaşının belə bir hamiləliyin öhdəsindən necə gələcəyi ilə bağlı narahatlığını ifadə edib:

"Əvvəllər onun hamilə qala bilməyəcəyindən narahat idim, amma indi doqquz uşaq gözləyirik".

Çinli qadın əlavə edib ki, o, bir sıra müayinələrdən keçib və hazırda həkimlərdən məsləhət gözləyir.

Sevinc İBRAHİMZADƏ