Bu ölkə Avropa ilə uçuşları bərpa etməkdə maraqlıdır

 17:55 18.11.2024     137

Belarus siyasi maneələr aradan qaldırıldıqdan sonra Avropa ilə hava nəqliyyatını bərpa etməyə hazırdır.

Redaktor.az "Belta" agentliyinə istinadən xəbər verir ki, bu barədə Respublika Nəqliyyat və Rabitə Nazirliyinin Aviasiya Departamentinin direktoru İqor Qolub bildirib:

“Biz heç vaxt heç kimin qarşısına maneələr qoymamışıq, Avropa ölkələri ilə həm dialoqu, həm də hava nəqliyyatını yenidən başlatmağa hər zaman hazırıq".

Onun sözlərinə görə, qərar yalnız siyasətçilərin əlindədir.

Qolub əlavə edib ki, Avropa ölkələri də Belarus və Rusiyadan həddən artıq uçuşun baha olması səbəbindən uçuşları bərpa etməkdə maraqlıdırlar.

Qeyd edək ki, oktyabrda Belarus Küveyt, Mərakeş, Seyşel adaları və Səudiyyə Ərəbistanı ilə hava əlaqələrinin təşkili haqqında hökumətlərarası sazişlər imzalayıb.

Sevinc İBRAHİMZADƏ